BEL - yüksək yaradıcılıq və intellektual potensiala malik uşaqların erkən aşkarlanması və gələcək inkişafı üçün unikal sistemdir.

Lisey haqqında
Bakı Avropa Liseyi istedadlı uşaqlar üçün yaradılmış Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan dövlət məktəbidir. Bakı Avropa Liseyi bütün təhsil səviyyələrini (I – XI sinifləri) əhatə edən tədris ocağı kimi fəaliyyət göstərir.
Bakı Avropa Liseyi özünəməxsus təhsil modeli əsasında fəaliyyət göstərir. Liseyin fəaliyyəti yüksək tədris standartlarına əsaslanan, şagirdlərə yönəlmiş və demokratik prinsipləri üzərində idarə olunan innovativ məktəb kimi yüksək imicə malikdir.
Liseyin yarandığı gündən (1991) bu günə qədər onun fəaliyyətində çoxlu sayda və genişmiqyaslı innovasiya yanaşmaları əks olunmuşdur.
Liseydə tədris olunan istedadlı uşaqlar üçün yaradılmış inkişafedici Fənlərarası Təlim proqramı vasitəsilə şagirdlərin XXI əsrin kompetensiyaları formalaşdırılır.
Lisey Azərbaycanda ali məktəblərə daxil olanların sayına görə ən yüksək reytinqə malikdir. Liseyə hörmət yüksək rəqabətli qəbul prosesində öz əksini tapıb.
Bakı Avropa Liseyinin əldə olunan nailiyyətləri və çoxlu sayda innovasiyaların tətbiqi müxtəlif beynəlxalq təşkilatlar və exspertlər tərəfindən yüksək qiymətləndirilir.
Liseyimizin xəbərləri
23 Yanvar 2022
3 şagirdimiz beynəlxalq olimpiadada iştirak edəcək. 06-12 aprel tarixlərində Macarıstanın Eqer şəhərində məktəblilər arasında 11-ci Beynəlxalq Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) keçiriləcək. Seçmə imtahanların nəticələrinə əsasən sözügedən olimpiadada iştirak edəcək şagirdlər artıq müəyyən edilmişdir.
31 Mart 2022
31 mart- azərbaycanlıların soyqırımı günüdür. Bakı Avropa liseyinin 7r2 sinif şagirdlərinin təşkilatçılığı ilə 31 mart soyqırımına həsr olunmuş tədbir keçirildi. Tədbirdə soyqırım hadisələri haqqında məlumat verildi, soyqırım şəhidləri anıldı. Allah bütün şəhidlərə rəhmət eləsin!
10 Yanvar 2022
Bakı Avropa Liseyi 1991-ci ilin sentyabr ayından fəaliyyət göstərir. 30 il ərzində lisey həmişə Azərbaycan təhsilinin flaqmanı kimi çıxış edib Day.Az xəbər verir ki, bu fikirləri Trend-in suallarını cavablandırarkən Avropa Liseyinin direktoru Zülfiyyə Veysova bildirib.