Müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması
- “Dəstəkləyici rəhbərlik modeli”. Məktəb-əsaslı müəllimlərin peşəkarlıq səviyyəsinin artırılmasının “dəstəkləyici rəhbərlik” modeli məktəb səviyyəsində təşkil edilərək idarə olunan, məktəb və müəllimlərin ehtiyaclarına əsaslanan tamamlayıcı və fasiləsiz fəaliyyət və öyrənmə imkanları sistemidir.
- Müəllim standartlarının hazırlanması və tətbiqi, müəllim ehtiyaclarının öyrənilməsi: Müəllim standartları əsasında “Müəllimin fərdi inkişaf planının” tətbiqi
- Cari ehtiyaclara yönəlmiş mütəmadi müəllimlərin məktəb-əsaslı peşəkarlıq səviyyəsinin artırılması modelləri: “mentorluq”, dərsin “kliniki (dəstəkləyici) müşahidəsi”, “həmkardan-həmkara dəstək”, “təcrübə-əsaslı tədqiqat” yanaşmalarının tətbiqi.
Bakı Avropa liseyinin elmi şəkildə əsaslandırılmış təhsil modelində bir sıra təhsil keyfiyyətinin qorunma mexanizmləri vardır: peşəkar keyfiyyətlərə görə pedaqoqların diqqətli seçimi, şagird nailiyyətlərinin obyektiv qiymətləndirmə və monitorinq sistemi, ictimai nəzarətin mövcudluğu və demokratik rəhbərlik prinsipləri və s..