İdman nailiyyətləri

İdman gənclərin əxlaqi və vətəndaşlıq tərbiyəsində, onların həyata hazırlanmasında mühüm rol oynayır. Bakı Avropa Liseyinin şagirdləri üçün fəal idmanla məşğul olmaq üçün hər cür şərait yaradılıb. Və bunun nəticəsidir ki, onlar Azərbaycanı beynəlxalq
yarışlarda, o cümlədən Dünya və Avropa çempionatlarında layiqincə təmsil edir, böyük uğurlar qazanırlar. Misal üçün,

  • 100-ə yaxın yuxarı sinif şagirdi karate, kapoeyra, güləş, üzgüçülük, şahmat, bədii gimnastika, basketbol və digər idman növləri üzrə beynəlxalq idman yarışlarında yüksək nəticələr əldə edib.
  •  Ötən illər ərzində 30-dan çox nəfər qızıl, 27 nəfər gümüş, 10 nəfər bürünc medala layiq görülüb.