İncəsənət və yaradıcılıq sahəsində nailiyyətlər
Bakı Avropa Liseyində məktəblilərin mənəvi mədəniyyətinin tərbiyəsinə həmişə xüsusi yer verilib. İbtidai sinifdən başlayaraq ədəbiyyat, teatr, musiqi, xalq yaradıcılığı, təsviri sənət çoxsaylı sinifdənkənar işlərin mahiyyətini təşkil edir. Və nəticədə uşaqlar vaxtlarını sənətə və yaradıcılığa həsr etməkdən xoşbəxtdirlər.
Bakı Avropa Liseyinin şagirdləri mütəmadi olaraq incəsənət sahəsində keçirilən beynəlxalq müsabiqə və sərgilərdə iştirak edir, uğurlar qazanırlar. Belə ki, məsələn, liseyin 95 şagirdi uşaq rəsmləri üzrə respublika və beynəlxalq müsabiqələrin qalibi olub. Orta məktəb şagirdlərimizin rəsmləri Azərbaycan, Türkiyə, Yaponiya, ABŞ, Fransa, Rusiya, İtaliya və digər xarici ölkələrdə uğurla nümayiş etdirilmiş və çox yaxşı rəylər almışdır.
Oxşar uğurlar şaqirdləməzin musiqi müsabiqələrində çıxışları ilə müşayiət olunur.
Məsələn, uşaqlarımız :
- V.A Motsart anadan olmasının 265 illiyinə həsr olunmuş “Grande Motsart” Beynəlxalq onlayn müsabiqəsində birinci yer.
- İsveçrənin Cenevrə şəhərində keçirilən Beynəlxalq Piano Müsabiqəsində birinci yer.
- İspaniyanın “Fiestalonia Mileno” festivalının “World Art Games” Beynəlxalq Piano Müsabiqəsində birinci yer.
- Mükafatlı yerlər və gümüş medallar Beynəlxalq TRIZ müsabiqəsində qazanıblar.