Lisey ənənəvi olaraq təhsil sistemində islahatların aparılması üçün bir çox milli və beynəlxalq layihələrdə fəal iştirak edir. Liseyin direktoru Zülfiyyə Veysova beynəlxalq məsləhətçi kimi bir sıra xarici ölkələrdə təhsil islahatlarının həyata keçirilməsində bilavasitə iştirak edir. Liseyin yuxarı sinif şagirdləri beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilən layihələrdə, o cümlədən 20-dən çox beynəlxalq layihədə və respublika səviyyəsində onlarla layihədə uğurla iştirak edirlər.
Və nəticədə Bakı Avropa Liseyi:
- 2000-2005-ci illərdə UNICEF-in “Fəal təlim və məktəb idarəçiliyi” layihəsi çərçivəsində “Nümunəvi Məktəb” adına layiq görülmüşdür.
- 2008 və 2015-ci illərdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən liseyə “İlin ən yaxşı məktəbi” adı verilmişdir.
- 2010-cu ildə UNİCEF “Məktəb uşağın dostudur” layihəsi çərçivəsində liseyə “Nümunəvi Məktəb” adına layiq görülmüşdür.
- 2017-2018 və 2019-2020 “Avropa eTwinning Məktəbi” adına layiq görülüb.
- 2012-2015-ci illər YUNESKO-nun “Gələcək üçün təhsil” layihəsi çərçivəsində “Nümunəvi Məktəb” fəxri adına layiq görülüb.
- Lisey şagirdləri “İqlim dəyişikliyi və əhalinin sağlamlığı”, “Su ehtiyatlarından səmərəli istifadə” və bir çox digər müsabiqələrdə uğurla çıxış ediblər.