İNKİŞAFETDİRİCİ MÜHİT

Liseyn inkişafetdirici təlim mühitinin xüsusiyyətləri

    Bakı Avropa liseyinin təlim modeli üzrə istedadlı şagirdlərin xüsusi ehtiyaclarını nəzərə alaraq təlim-tərbiyə məqsədlərinə nail olmaq üçün həm dərs zamanı, həm dərsdənkənar fəaliyyətlər zamanı sistemli mütəmadi inkişafetdirici imkanlar yaradılır.

Bakı Avropa liseyinin fərqləndirici cəhəti onun istedadlı şagirdlərə yönələn innovativ xarakter daşıyan, inkişafetdirici, dəstəkləyici və təhlükəsiz, hörmətə əsaslanan, ruhlandırıcı və stimullaşdırıcı təlim mühitidir. Liseyin təlim mühiti istedadlı uşaqların:

  • intellektual, yaradıcı və şəxsi potensialının üzə çıxarılmasını, onların fərdi qabiliyyət və istedadlarının inkişafını təmin edir;
  • yaradıcı axtarışı, qarşıya qoyulmuş məqsədə çatmaq üçün müstəqil və komandada işləmək bacarığını stimullaşdırır;
  • tənqidi düşüncə və liderlik bacarıqlarının inkişafına imkanlar yaradır;
  • öz səriştələrini müxtəlif üsullarla nümayiş etdirmək, məktəbdən kənarda öyrənmə imkanlarını genişləndirmək üçün şərait yaradır.

    Liseyistlərin Azərbaycan xalqının milli adət-ənənələri çərçivəsində tərbiyə olunmasına böyük diqqət yetirilir. Eyni zamanda, uşaqlara ümumi Avropa mədəniyyətinə, incəsənətinə və ədəbiyyatına hörmət hissi aşılanır və bu prosesdə onların fəal iştirakına hər cür şərait yaradılır.

Təlim mühitinin əsas xüsusiyyətləri:

  • Lisey şagirdləri demokratik idarə edilən təlim mühiti ilə təmin olunur: burada şagird məktəbin idarə edilməsində iştirak edir və təlim prosesinin bərabərhüquqlu iştirakçısıdır.
  • Liseydə şagirdlərin bacarıqlarını, maraqlarını və həvəslərini nəzərə alaraq onların şəxsiyyətlərinin hərtərəfli inkişafı üçün zəruri imkanlar yaradılır.
  • Şagirdlərin əqli və yaradıcı potensialının inkişafına xüsusi diqqət yetirilir. Təlim mühiti şagirdləri yaradıcılığa və axtarışa həvəsləndirir, onların istedadını müxtəlif yollarla üzə çıxarır, nümayiş etdirir və dərsdənkənar təlim imkanlarını genişləndirir.
  • Şagirdlərin dünyagörüşünü genişləndirərkən onların bacarıqlarının və şəxsiyyətlərinin inkişaf etdirilməsi üçün lisey tədris proqramından kənar maraqlar üzrə müxtəlif elmi-tədqiqat
  • və yaradıcı layihələr, rəqs, incəsənət, dram dərnəkləri, kino məktəbi, şaxmat kimi fəaliyyətlər də təklif edir.
  • Gələcəkdə uğurlu mütəxəssislər olmaq üçün şagirdlərdə erkən yaşlarından müasir, peşəkar bacarıqlarla tanış olmaq üçün imkanlar təmin edilir.
  • Hər il liseyin şagirdləri beynəlxalq təhsil layihələrində, o cümlədən idman və yaradıcılıq layihələrində iştirak edir və orada yüksək mükafatlara layiq görülürlər.
  • XXI əsrin kompetensiyalarının məktəbdənkənar fəaliyyətlərdə inkişafı müxtəlif yollarla həyata keçirilir.

Təlim mühitinin inkişafetdirici sahələri

 

  • Bakı Avropa liseyinin əsas məqsədi istedadlı şagirdlərin ümumi və hərtərəfli inkişafını təmin etməkdir. Bunu nəzərə alaraq onların elmi-tədqiqat vərdişlərini və eyni zamanda bütün meyl və maraqlarını, istedad və qabiliyyətlərini, şəxsi keyfiyyətlərini inkişaf etdirmək üçün liseydə müxtəlif uşaq təşkilatları, qurumlar və klublar, studiya və dərnəklər fəaliyyət göstərir, müxtəlif layihələr həyata keçirilir, maraq üzrə kurslar, seminarlar təşkil olunur.

Elmi-tədqiqat sahəsi

  • Bakı Avropa liseyinin təlim məzmunu və metodologiyasının əsas məqsədi ilk məktəb illərindən (birinci sinifdən başlayaraq) istedadlı şagirdləri müstəqil elmi axtarışlara yönəltmək və tədqiqat işləri üçün bacarıqlara yiyələndirməkdir. Bu məqsədə ilk növbədə Fənlərarası Təlim proqramı öz töhfələrini verir. Eyni zamanda bu bacarıqları tətbiq və inkişaf etdirməyə imkanlar yaradan xüsusi məktəbdənkənar fəaliyyətlər və qurumlar kömək edir. Liseydə IV sinifdə “Gənc eruditlər klubu” və V-XI siniflərdə “Kiçik Elmlər Akademiyası” fəaliyyət göstərir.