Avropa Gənclər Parlamenti
Avropa Gənclər Parlamenti (AGP) Avropada gənclər üçün ən böyük platformalardan biridir. AGP müasir dövrün aktual problemlərini müzakirə etmək üçün Avropanın hər yerindən gəncləri bir araya gətirən qeyri-siyasi, həmyaşıdlar arasında bərabərhüquqlu əməkdaşlığa əsaslanan, təhsil proqramıdır. AGP 1987-ci ildə Fontenebloda yaradılıb və hal-hazırda 40 Avropa ölkəsində fəaliyyət göstərir.
2010-cu illərin əvvəllərində Bakı Avropa liseyinin Birləşmiş Liseyistlər Təşkilatının üzvlərinin bir qrup şagirdi o dövrdə qeyri-formal «bərabərhüquqlu həmyaşıdlar» təhsili konsepsiyasının çox yeni olduğu bu platformanı Azərbaycana gətirmək üçün ümumi bir arzu ətrafında birləşdi. Bunun üçün təşəbbüs qrupu qarşısına iki məqsəd qoymuşdur: həmfikirləri tapmaq və beynəlxalq səviyyədə Azərbaycanda AGP-nin Milli Komitəsi kimi tanınmaq.
Hər iki məqsədə nail olmaq üçün təşəbbüs qrupu məktəb səviyyəsində ilk dəfə Avropa Gənclər Parlamentinin təsis sessiyasını təşkil etmək qərarına gəldi. Belə ki, qrupun ən gənc üzvü və Bakı Avropa liseyinin 10-cu sinif şagirdi Nərmin Məmmədova liseyin təşkilatın dəyər və prinsiplərini bölüşdüyünə inandığı üçün BAL-da tədbiri keçirməyi təklif edib. Qeyd edək ki, Bakının hər yerindən onlarla azyaşlının iştirakı ilə dövlət təhsil müəssisəsində, xüsusən də Avropa Gənclər Platforması adı altında genişmiqyaslı tədbirin təşkili, bir sıra icazələr, o cümlədən dövlət orqanlarından əldə etmək üçün mərhələli prosedur tələb edirdi. Belə ki, Nərminin liseyin direktoru Zülfiyyə Veysova ilə birbaşa görüşləri oldu, və o, nəinki ideyanı dəstəkləmiş, həm də liseydə keçiriləcək tədbirlə bağlı xəbərlərin yayılmasına köməklik etmiş, xərcləri azaltmaq üçün (qrupun maliyyəsi olmadığı üçün) lisey binasında yer ayırmışdır.
İlk məktəb sessiyası böyük uğurla keçdi. Həm yerli, həm də beynəlxalq səviyyədə yüksək qiymətləndirildi. Qrupun AGP Beynəlxalq Ofisinə göndərdiyi sənədlər arasında bu hadisə və Zülfiyyə Veysovanun yazdığı dəstək məktubu həlledici rol oynayıb. Beləliklə, Məktəb sessiyasından iki ay sonra Beynəlxalq Ofisin nəzərdən keçirilməsinin nəticələrinə və AGP-nin fəaliyyət göstərdiyi 40 ölkənin nümayəndələrinin səsverməsinə əsasən Azərbaycan Avropa Gənclər Parlamentinin Təşəbbüs Milli Komitəsi seçildi. 2013-cü ilin yayında AGP Rəhbərlik Şurasının üzvü, Oksford Universitetinin professoru Dr. Alan Flauers Azərbaycanda rəsmi səfərdə olub, səfər zamanı Bakı Avropa liseyində olub və Liseyin direktoru Zülfiyyə Veysova ilə görüşüb.
Bir il sonra, 2014-cü ilin yazında Azərbaycan AGP Milli Komitənin tamhüquqlu üzvü, yəni AGP-nin tam hüquq və öhdəliklərə malik tamhüquqlu rəsmi üzvü kimi tanınıb. Bu arada, 2013-cü ilin sentyabrında Bakı Avropa liseyində daha mühüm hadisə baş verdi – AGP Təşəbbüsünün Azərbaycanda Milli Seçim Konfransı. Bu tədbirin məqsədi Azərbaycanı xaricdə təmsil etmək üçün ən parlaq nümayəndələrin cəlb edilməsi idi. Milli seçim konfransı Azərbaycandan və xarici ölkələrdən olan yüzdən çox orta məktəb şagirdi və tələbələri, o cümlədən xarici rəsmiləri bir araya gətirdi. Bir daha Bakı Avropa liseyinin təşəbbüs qrupuna böyük uğur qazanmağa kömək etdi ki, bu da qrupun 2014-cü ilin yazında Milli Komitənin tamhüquqlu üzvü kimi tanınmasında həlledici rol oynadı.
Əvvəldən qeyd edildiyi kimi, qrup həmfikirləri bir araya toplamaq məqsədi daşıyırdı və 2013-cü ildən etibarən Bakı Avropa liseyi AGP-nin dəyərlərini bölüşdüyü yeniyetmələrin mərkəzi kimi çıxış edir və son illər ərzində nəsildən-nəslə liseyin məzunları AGP-yə qoşulmuş və bu təşkilatın inkişafına öz töhfəsini vermişdir. Hazırda Azərbaycanda AGP-nin BAL-in şagirdləri və ya məzunu olan yüzlərlə nümayəndələri var. Ardıcıl altı il Azərbaycanda Avropa Gənclər Parlamentinə Bakı Avropa liseyinin məzunları: Nərmin Məmmədova (2015-2016), Rüfət Mirfeyzullazadə (2016-2017), Saleh Cəfərov (2017-2018), Rafael Hacıbəyli (2018-2021) rəhbərlik ediblər. Hazırda Azərbaycan AGP 2023-cü ildə Bakıda keçiriləcək Beynəlxalq Sessiyaya (Avropa Gənclər Parlamentinin ən böyük flaqman tədbiri) hazırlaşır. Tədbirin əsas təşkilatçısı Rüfət Mirfeyzullazadə, layihə rəhbəri isə həm Azərbaycanın AGP-nin keçmiş prezidenti, həm də Bakı Avropa liseyinin məzunu Rafael Hacıbəylidir.