Birləşmiş Liseyistlər Təşkilatına üzv olunma günü
Lisey həyatında daha bir mühüm ənənə 2007-ci ildən təsis olunan Bakı Avropa liseyinin Birləşmiş Liseyistlər Təşkilatının ənənələridir. Onlardan ən parlağı və ən yadda qalanı, yəqin ki, V sinif şagirdlərinin Birləşmiş Liseyistlər Təşkilatına üzv olunma gününün keçirilməsi ənənəsidir.
V sinif şagirdləri maraqlı bir yol keçərək unudulmaz təcrübə qazanırlar. Çünki V sinifdən başlayaraq hər bir sinif müstəqil dövlət elan edilir, onun öz adı, bayrağı, devizi, gerbi, himni olur. Eləcə də hər bir dövlətin hər il dəyişən öz prezidenti və Nazirlər Kabineti yaradılır. Artıq orta məktəbin V sinfindən Bakı Avropa liseyinin şagirdləri bilirlər ki, seçki kampaniyası nədir və hər bir vəzifədə hansı fəaliyyətlər yerinə yetirmək lazımdır. Hər il prezident və Nazirlər Kabinetinə seçkilərin keçirilməsi də liseyin maraqlı ənənəsinə çevrilib. Seçkilər adətən oktyabrın sonu – noyabrın əvvəlində keçirilir. Seçkilər ərəfəsində hər il Prezidentlərin Zirvə görüşü keçirilir, orada yeni dövlətlər və onların adları müzakirə olunur. Bu daha bir ənənəyə çevrilib – artıq qurulmuş dövlətlərin təcrübəsinin yenilərinə ötürülməsi və yenisi üçün düzgün atributların seçilməsinə köməklik. V sinif şagirdlərinin Birləşmiş Liseyistlər Təşkilatının sıralarına üzv olmalarının təntənəli şəkildə keçirilməsi zamanı təşkilatın yeni üzvləri başa düşürlər ki, bundan sonra onlar nəinki orta məktəbə keçiblər, hətta bu təşkilatın tamhüquqlu üzvü olublar. Yeni yaranmış dövlətlərin prezidentləri təntənəli şəkildə and içirlər və orta məktəb şagirdləri yeni başlayanlara simvolik atributu – Bakı Avropa liseyinin emblemi olan mavi qalstuku verirlər və onu özlərinin varisləri boynuna bağlayırlar. Nəsillərin əlaqəsi, davamlılığı – ən vacibi bu deyilmi? Nəhayət, bütün bu tədbirin kulminasiyası dövlətlərin şou-təqdimatı olur, bu zaman hər bir dövlət öz atributlarını, nazirlər kabinetini və gələcək üçün planlarını şərəflə təqdim etməlidir.
Ənənələr həmişə nəsillər arasında möhkəm əlaqədir. Adət-ənənələrə riayət etmək, onların sonrakı nəsillərə ötürülməsi tarixin, mədəniyyətin, özünəməxsusluğun qorunub saxlanılmasıdır. Bakı Avropa liseyi uşaqlara nəinki bilik verir, onlara Vətən sevgisi aşılayır, həm də şagirdlərinə müasir dövrün reallıqlarını öyrədir, onlara müasir dünyada zəruri olan bacarıqlar verir.