Özünüidarəetmə günü
Birləşmiş Liseyistlər Təşkilatının yaradılmasından bəri Bakı Avropa liseyində yeni ənənə yaranıb: Özünüidarəetmə Günü.
Özünüidarəetmə günündə təşkilatın maraqlarına uyğun olaraq təşəbbüs göstərmək, qərar qəbul etmək və onu həyata keçirməkdə şagirdlər müstəqildirlər. Şagird özünüidarəsinin məqsədləri yüksək demokratik mədəniyyətə malik, sosial yaradıcılıq qabiliyyətinə malik, öz şəxsiyyətinin, cəmiyyətin və Vətənin tərəqqisi, maraqları naminə fəaliyyət göstərə bilən vətəndaşın yetişdirilməsidir. Özünüidarəetmə günü lisey şagirdləri arasında liseydə müxtəlif fəaliyyət növlərinin təşkili və idarə edilməsi təcrübəsinin formalaşdırılması məqsədilə yaradılmışdır.
Özünüidarəetmə gününün vəzifələrinə aşağıdakılar daxildir:
• şəxsiyyətin təkmilləşdirilməsinə ehtiyac və istəyin formalaşdırılması, qabiliyyət və maraqlarının, mənəvi aləminin inkişafı, müstəqilliyin, təfəkkürün və özünüdərketmə qabiliyyətinin inkişafı üçün şərait yaratmaq;
• ümumbəşəri dəyərlərə və kollektiv həyat normalarına, dövlət qanunlarına müsbət münasibətin formalaşdırılması, özü, ətrafdakı insanlar, ölkə üçün vətəndaş və sosial məsuliyyətin inkişaf etdirmək;
• çətinliklərin öhdəsindən gəlmək, dostları və ətrafdakı insanlar üçün mübarizə aparmaq istəyini inkişaf etdirmək və həyatda öz mövqeyini tapmağa kömək etmək.
Özünüidarəetmə günündə lisey şagirdləri liseyin idarəçiliyini öz əllərinə alırlar. Bu qeyri- adi məktəb günündə qalib dövlətin (və ya dövlətlərin) prezidenti liseyin direktoru olur və bu təşkilatın üzvləri direktorların tədris və təsərrüfat işləri üzrə müavinləri, İKT üzrə direktor müavini, təşkilatı işlər üzrə rəhbər və müəllimlər kimi fəaliyyət göstərirlər. Şagirdlər dərs keçirir, liseyin həyatının müxtəlif sahələrinə monitorinq və idarə edirlər.
Dərs gününün sonunda liseyin rəhbərliyi ilə birgə yığıncaq keçirilir, bu iclasda liseyin bütün kollektivinin ehtiyac və maraqları əsasında özünüidarəetmə hüququ almış dövlət üzvləri iştirak edir, liseyin məqsəd və vəzifələrini, gələcək inkişaf perspektivlərini müəyyən edirlər. Direktor və direktor müavinlərinə özünüidarə gününün yekunlarına dair hesabatlar təqdim olunur, lisey və lisey şagirdlərinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilir.
Özünüidarəetmə Günü sayəsində şagirdlər aşağıdakıları öyrənirlər:
• Öz fəaliyyətlərinə yaradıcı yanaşmaq;
• Qərarların işlənib hazırlanmasında və həyata keçirilməsində fəal iştirak etmək;
• Məktəbin pedaqoji şurası, direktoru, BLT üzvləri qarşısında özünüidarə günü işinə görə şəxsən məsuliyyət daşımaq;
• Müstəqilliyi inkişaf etdirmək;
• Özünüidarə günündə görülən işlər haqqında hesabat vermək.