«Debat» klubu

«Debat» ingilis dilində «müzakirə» deməkdir.

«Debat» iki fərqli yönümdə yanaşması olan tərəflərin üçüncü tərəfi (tamaşaçı, «hakimlər» və s.) inandırmaq üçün  bir-biriləri ilə müzakirəsinin formal metodudur (mexanizmi, texnologiyasıdır).

30.04.2014-cü il tarixində ilk dəfə ADNSU Debat Klubunun debatçıları Məhəmməd Səmədov və Ayşə Osmanlı ilə birlikdə Debat təlimləri təşkil olunmuşdur. Təlim çərçivəsində şagirdlərə debatın prinsipləri və debatın nəzəriyyəsi ilə bağlı məlumatlar verilmişdir. Təlim bitdikdən sonra ilk debat turniri təşkil olunmuşdur.

Bakı Avropa liseyi Debat klubu 2014-cü il, may ayının 27-də rəsmiləşdirilərək adını tarixə ilk məktəbli Debat Klubu kimi yazdırmışdır. BALDK ADNSU Debat Klubunun dəstəyi ilə yaranmış, məktəbimizin məzunu, eyni zamanda ADNSU Debat Klubunun debatçısı Məhəmməd Səmədov və Ayşə Osmanlı tərəfindən keçirilən Debat təlimləri böyük marağa səbəb olmuşdur. Klubun ilk sədri isə Aysu Məcidli olmuşdur.

Yarandığı ildən bəri böyük uğurlara imza atan Bakı Avropa liseyi Debat Klubu 2014-cü ildə keçirilən Respublika Məktəblilərarası Debat Forumunda 13,4 bal ilə qalib gəlmişdir. Klubu “DeBal” komandası təmsil etməklə, 1-ci spiker Nihad Əliyev, 2-ci spiker Ümid Mahmudov və 3-cü spiker Aysu Məcidli olmuşdur. Eyni zamanda Umid Mahmudov Respublikanın ən yaxşı birinci, Nihad Əliyev isə ən yaxşı üçüncü natiqi seçilmişdir.

24 may 2015-ci il tarixində ADA universitetinin mütəmadi olaraq təşkil etdiyi Məktəblər arası debat turnirində Bakı Avropa liseyi Debat klubu növbəti uğura imza atmışdır.Belə ki, Liseyin 2 fəal şagirdi Murad və Gündüz klubumuzu layiqincə təmsil etmiş və turnirin birincisi olaraq qızıl medal və kubokla təltif olunmuşdular.

29 may 2016-cı il tarixində ADA universitetinin təşkil etdiyi məktəblərarası turnirdə BAL DK-nın iki debatçısı, Nərgiz Əli turnirin “The THIRD best speaker”-i, Ümid Mahmudov isə “The FIRST best speaker”-i seçilmişdir.

2016-cı ildə keçirilən Bakı Məktəblilərarası Debat Forumunda Bakı Avropa liseyi yenə də fərqlənməyi bacarmışdır. Artıq öz sözünü demiş DeBAL komandası bu dəfə də, finala vəsiqə qazanaraq “Elitarqument” komandası ilə qarşılaşmışdır. “Bakı Məktəblərarası Debat Kuboku: 2016”-nın qalibi də məhz Bakı Avropa liseyini təmsil edən DeBAL komandası olmuşdur. Eyni zamanda turnirdə məktəbimizi layiqincə təmsil edən Nigar Əli turnirin ən yaxşı birinci, komanda üzvlərindən olan Əliyev Nihad ən yaxşı beşinci, Nərgiz Əli isə ən yaxşı altıncı natiq adına layiq görülmüşdür. Debat klubumuzun kuratoru İradə xanım Səmədova ən yaxşı məşqçi, Mənsurə Məhərrəmova isə məşqçi adına yiyələnmişdir.

18.02.2017-ci il tarixində Bakı Avropa liseyində “Mətbuat azadlığı sosial məsuliyyətlə məhdudlaşdırılmalıdırmı?” mövzusunda şagirdlər arasında debat yarışması  keçirilib.

Şagirdlərin  “Mətbuat azadlığı sosial məsuliyyətlə məhdudlaşdırmalıdırmı?” mövzusuna müraciət etməsi sosial məsuliyyət, cəmiyyətə obyektiv informasiyanın çatdırılması, qarşı tərəfin rəyinə hörmətlə yanaşılması kimi dəyərlərin media prizmasından araşdırılmasına xidmət edib.  

Məktəbin debat klubu üzvlərinin məqsədi jurnalist məsuliyyəti ilə bağlı mövcud problemləri göstərmək və eyni zamanda onlardan çıxış yolları üzərində birgə düşünmək olub.  

Şagirdlərin  debatında təhsi naziri Mikayıl Cabbarov, millət  vəkilləri,  media  kapitanları, müəllim, şagird  və valideynlər iştirak edib.  Debat alqışlarla qarşılanıb.

2018-ci il üzrə Bakı Məktəblilər arası Debat Forumunun qalibi Bakı Avropa liseyi Debat Klubu – “DeBAL” komandası oldu. Birinci spiker Nigar Əli, ikinci spiker-Nihat Salamzadə, üçüncü spiker-Hüseyn Həsənov olmaqla DeBAL üçüncü qələbəsini tarixə yazdırdı. Eyni zamanda Hüseyn Həsənov ən yaxşı 1-ci, Nigar Əli ən yaxşı 2-ci və Nihat Salamzadə isə ən yaxşı 10-cu natiq seçildi. Eyni zamanda İbrahim Əsgərov turnirin ən yaxşı 3-cü, Lalə Rüstəmxanlı, Zəhraxanım Şeydayeva  və Zahid Paşayev ən yaxşı 4-cü, Məhəmməd Novruzov ən yaxşı 5-ci, Səmra Həsənova isə ən yaxşı 8-ci natiqi adına layiq görüldü.