E-Twinning Avropa Komissiyanın layihəsi

Bakı Avropa liseyi Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının tərkib hissəsi olan  və pedaqoji işçilərin ünsiyyət qurmaq, əməkdaşlıq etmək, layihələr yaratmaq, icra etmək və Avropada ən maraqlı öyrənmə icmasının bir hissəsi olan eTwinning -in 2013-cü ildən üzvüdür. Bu vaxt ərzində Bakı Avropa liseyinin müəllimləri və 150-dən çox şagirdi  120 –dən çox uğurlu layihələr yaradıb, Avropanın 35 ölkəsinin müəllim və şagirdləri ilə ünsiyyət və əməkdaşlıq quraraq layihələrdə birlikdə müvəffəqiyyətlə işləmiş və “Milli və Avropa Keyfiyyət” nişanlarına layiq görülmüşdür. 4 müəllim xarici konfranslara dəvət almış, 1 müəllim milli konfransın nümayəndəsi olmuşdur. Liseyin müəllim və şagirdlərinin uğurlu işinin nəticəsi olan “ My wish kite”, “ Europe so many faces”, “ SAMANI”, “ Democracy in the children`s hands”, “ “The Young Scientists” , “The Champion of the World” layihələrinin adını çəkə bilərik.

    Bakı Avropa liseyinin ingilis dili müəllimi Mətanət Əhədova “eTwinning Avropa” mükafatını Azərbaycandan iki dəfə alan yeganə müəllimdir. Onun iştirakçısı olduğu  “The Young Scientists” layihəsi 2016-ci ildə “Mariya Küri adına” mükafata , rəhbəri olduğu “The Champion of the World “ layihəsi isə 2020-ci ildə “Peyo Yavorov adına” mükafata layiq görülmüşdür. Eyni zamanda Mətanət Əhədova eTwinning-in Azərbaycandan olan 4 səfirindən biridir.

    İngilis dili müəllimi Sədaqət Nəsirli də “The Champion of the World “ layihəsinə görə “Peyo Yavorov adına” mükafata layiq görülmüşdür. Məktəbin onlarla şagirdi xaricdən olan tərəfdaşları ilə birlikdə layihələrdə işləyərək İKT, xarici dil, əməkdaşlıq və ünsyyət bacarıqlarına yiyələnmişlər və müxtəlif milli və beynəlxalq sertifikatlara layiq görülmüşlər.

Məktəb rəhbərliyinin dəstəyi və müəllim və şagirdlərin zəhmətinin nəticəsi kimi Bakı Avropa liseyi  2 dəfə “eTwinning Avropa məktəbi adına” ( 2017- 2018/ 2019-2020)  layiq görülmüşdür.