“Sərhədsiz Diplomatiya” Beynəlxalq Uşaq Diplomatiyası Mərkəzi
Uşaq diplomatiyası cəmiyyətin mütərəqqi inkişafına təsir edən yeni amildir. Bu sosial fəaliyyət növü böyüklərin sosial və siyasi stereotiplərinə və münasibətlərinə əsaslanmayan, dünyaya müsbət baxışın daşıyıcısı kimi uşaqların yaxın ünsiyyətini və qarşılıqlı əlaqəsini nəzərdə tutur. Təbiətən daha fəal öyrənmək qabiliyyətinə və qeyri-standart təfəkkürə, açıqlıq və xoşməramlılığa, insanlar arasındakı münasibətlərə, qəddarlıq və xeyirxahlıq məsələlərinə, müharibə və sülhə xüsusi baxışa malik olan uşaqlar ətrafdakı dünyanı fərqli şəkildə qavramağı, mövcud problemlərin həlli yolları üzrə axtarışlar aparmağı və gənc nəsillər üçün dinc gələcək yaratmaq üçün düşünməyi bacarırlar.
Uşaq diplomatiyasının formalaşması və inkişafı tolerantlıq və dinc yaşamaq prinsiplərinin möhkəmləndirilməsi, ölkələr və xalqlar arasında milli, sosial və etnik fərqlərin aradan qaldırılması üzrə problemlərin aradan qaldırılması üçün uzunmüddətli zəmin yaradacaqdır. Bunun üçün uşaqların, müxtəlif xalqların, ölkələrin və qitələrin nümayəndələrinin qarşılıqlı əlaqəsi üçün uşaqlara şəxsi və uzunmüddətli ünsiyyət şəraiti yaratmaq lazımdır ki, onlar bir-birlərini, öz ailələrini, məktəblərini, ölkələri, onun xalqları və mədəniyyəti ilə tanış ola bilsinlər.
Layihənin tarixi və məqsədləri
Multikultural şüura, konstruktiv dünyagörüşə malik və dialoqa açıq olan yeni nəslin mütərəqqi nümayəndələrindən ibarət beynəlxalq ictimaiyyəti uzunmüddətli perspektivdə yetişdirmək məqsədi ilə 2013-2014-cü tədris ilində Bakı Avropa liseyində “Sərhədsiz Diplomatiya” (“WORLD WIDE DIPLOMACY”) uşaq diplomatiyası layihəsinə start verilib (layihənin müəllifləri Zülfiyyə Veysova və Zara İman). Layihə ilk ildən ADA Universiteti tərəfindən dəstəklənib və bu nüfuzlu təhsil ocağı ilə maraqlı və səmərəli əməkdaşlığa imkan yaradıb.
Layihə aşağıdakı fəaliyyətləri əhatə edir:
- Beynəlxalq uşaq diplomatik icmasının formalaşdırılması üçün birinci sinifdən başlayaraq bütün məktəb illərində müxtəlif ölkələrdən olan uşaqlar arasında uzunmüddətli beynəlxalq əlaqələrin təşkili.
- Başqa ölkələrdən olan həmyaşıdları ilə ünsiyyət üçün və digər mədəniyyətlərin tolerant qavrayışının formalaşdırılması üçün zəruri olan şagirdlərin yüksək intellektual inkişaf səviyyəsinin, davranış və təfəkkür mədəniyyətinin, ünsiyyət bacarıqlarının, emosional intellektin formalaşdırılması üçün xüsusi təlim və inkişaf mühitinin yaradılması.
- Müxtəlif ünsiyyət alət və üsulları vasitəsilə ölkələr arasında dialoq və əməkdaşlığa meyilli mümkün qədər çox insanın bu cəmiyyətə cəlb edilməsi.
- Beynəlxalq uşaq diplomatik birliyi şəbəkəsinin yaradılması məqsədilə müxtəlif ölkələr də daxil olmaqla, əlaqə coğrafiyasının və layihədə iştirak edən şəxslərin dairəsinin, ünsiyyət mühitinin (dostlar, sinif yoldaşları, qohumlar və s.) ardıcıl genişləndirilməsi.
Xüsusi təlimlərdə ünsiyyət və müxtəlif məzmunlu öyrənmə prosesində layihə iştirakçıları (“gənc diplomatlar”) kommunikativ səriştənin əsaslarını, effektiv idrak prosesini (məntiq, ritorika, mnemonika, eydetika, kinesiologiya) öyrənir, ünsiyyət bacarıqlarını və mədəniyyətini inkişaf etdirir, dünyanın müxtəlif regionlarının diplomatik protokolu və etiketi, tarixi, mədəniyyəti və adət-ənənələri ilə tanış olur, öz davranış və ünsiyyətini əks etdirməyi və təhlil etməyi öyrənir.
WWD proqramının hazırlanması və həyata keçirilməsi açıqlıq prinsipinə əsaslanır və ideyaların yayılmasını, təcrübənin və yeni ünsiyyət formalarının digər ölkələrə və qitələrə ötürülməsini nəzərdə tutur. Bunun məqsədilə:
- Yeni konstruktiv dünyagörüşlü uşaqların və böyüklərin sayı artır. Bunun üçün layihəyə digər Azərbaycan və xarici məktəblərin şagirdləri cəlb olunur.
- “Gənc diplomatların” iştirak etdiyi üzbəüz və onlayn konfranslar, festivallar, aksiyalar təşkil edilir. Bu tədbirlər multikultural şüurun formalaşmasına töhfə verir, burada gənc diplomatlar görüşür və bilavasitə öz ideyalarını, nailiyyətlərini və layihələrini mübadilə edirlər.
Beynəlxalq Uşaq Diplomatiyası Mərkəzinin layihəsi çərçivəsində keçirilən ən yaddaqalan tədbirlər bunlardır:
- ADA Universitetində layihə təqdimatı (2014)
- ADA Universitetinin müəllimləri tərəfindən diplomatik protokol və etiket mövzusunda təlimlərin keçirilməsi (2014, 2015)
- ADA Universitetinin keçirdiyi diplomatik festival və tədbirlərdə iştirak (2014-2018)
- Azərbaycanın Yaponiyadakı səfirliyinin yardımı ilə Tokioda BMT Universitetinə səfər və bu universitetin prorektoru ilə görüş (may 2016).
- Azərbaycanlı və yapon uşaqlarının dostluğuna həsr olunmuş aksiya – Bakı Dənizkənarı Parkda Yaponiyada gənc diplomatlara hədiyyə edilən Tokionun simvolu olan ginkqo-biloba ağacının əkilməsi (2016).
- UNICEF-in yubileyinə həsr olunmuş tamaşa (dekabr 2016)
- Digər ölkələrdən olan şagirdlərin iştirakı ilə 3 diplomatik konfrans (2017,2018, 2019)
- Azərbaycan diplomatiyasının 100 illiyinə həsr olunmuş tamaşa (2018)
- 2 diplomatik bal (2018, 2019)
- Müğam Mərkəzində keçirilən Dünya Xalqlarının Mədəniyyətinin 2 festivalı (2018, 2019)
- Müxtəlif ölkələrin səfirliklərində səfirlərlə görüş (2018)
- Bakı Dənizkənarı Parkında Azərbaycanın endemik flora və faunasının mühafizəsinə həsr olunmuş 2 “Yaşıl dalğa” aksiyası (2018, 2019)
- Avropa ittifaqının Azərbaycandakı Nümayəndəliyi tərəfindən hər il keçirilən “Tolerantlıq” festivalı çərçivəsində keçirilən “Avropa Günü”nə həsr olunmuş tamaşa (2019)