Liseyin müəllimləri

Bakı Avropa liseyinə müəllimlər müsabiqə əsasında seçilir. Liseyin müəllimləri  təhsil sahəsi üzrə  yüksək  peşəkar  olmaqla yanaşı, şagirdlərə fərdi yanaşaraq və qayğı göstərərək onların tərbiyə və inkişafına böyük fikir verir. Müəllimlər şagirdin gələcəyinə öz töhfələrini verir, onların XXI əsrin konpetensiyalarını inkişaf etdirirlər.  Müəllimlərimiz istedadlı və təşəbbüskar olaraq daima öz peşəkarlıq səviyyəsini artırır və təhsil sahəsində yüksək nəticələr qazanırlar.

Bakı Avropa liseyinin müəllimlərinin bir neçəsinin elmi dərəcəsi, fəxri adları, beynəlxalq sertifikatları və beynəlxalq layihələrdə qazandıqları xüsusi nailiyyətləri var. Onlar “Əməkdar müəllim”, “İlin ən yaxşı müəllimi”  və bu kimi başqa mükafatlara layiq görülmüşlər:

  • 2008-ci ildən Azərbaycan Respublikası Prezidenti  tərəfindən liseyin 18 müəllimi “Azərbaycan Respublikası Əməkdar Müəllim” adına və 6 müəllimi “Tərəqqi medalı”na layiq görülmüşdür.
  • Liseyin 24 müəllimi “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibidir.
  • 23 müəllim “Qabaqcıl təhsil işçisi” adını almışlar.
  • 35 müəllim Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşlar.
  • Liseydə 9 nəfər müəllim müxtəlfi elmi sahələr üzrə fəlsəfə doktor adını daşıyır.
  • 20 müəllim kitab müəllifidir.

Bakı Avropa liseyinin müəllimləri fəal\interaktiv təlim və digər təhsil məsələləri  üzrə ən yaxşı məşqçi müəllimlər kimi ölkəmizdə  aparıcı yer tuturlar. 

Liseyin gələcək inkişafı üçün əhəmiyyətli xüsusiyyətlərdən  biri də çoxlu sayda (45%) cavan, çalışqan, istedadlı və iddialı müəllimlərin liseyə qəbul olunmasıdır.

Bakı Avropa liseyinin təhsil modelinin səmərəliliyi komanda işinə, müəllimlərin və rəhbərlərin yüksək peşəkarlığına, həmçinin şagird, müəllim və valideyn ictimaiyyətinin əməkdaşlığına və liseyin həyatında geniş iştirakına əsaslanır.