Valideyn-Müəllim Assosiasiyası

Əməkdaşlıq və özünüidarəetmə sahəsində ardıcıl iş, məktəb icmalarının dəstək və inkişafı üçün geniş partnyorlar dairəsinin (şagirdlər, valideynlər, liseyin və digər məktəblərin müəllimləri, ictimai təşkilatlar və s.) yaradılmasını nəzərdə tutur.

Liseyin ən mühüm innovasiyalarından biri – Valideyn-Müəllim Assosiasiyasının (VMA) yaradılmasıdır. Liseyin ilk illərindən yaradılan bu qurumun fəaliyyəti əsasında valideynlərin müəllimlərlə birgə liseyin inkişafını dəstəkləmək üçün mütəmadi kommunikasiya və məhsuldar əməkdaşlıq şəraiti yaradılmışdır. VMA vasitəsilə valideynlər liseyin həyatında fəal iştirak edir və şagirdlərə lisey heyəti ilə əməkdaşlıqda öz əvəzolunmaz töhfələrini verirlər. Bakı Avropa liseyinin Valideyn-Müəllim Assosiasiyası lisey həyatının çoxsaylı sahələrində fəaliyyət göstərir və liseyin idarə edilməsində fəal iştirak edir.  Valideynlər öz səriştələrini və yaradıcılığını liseyin bütün inkişafetdirici dərsdənkənar sahələrində tətbiq edir, liseyin ehtiyaclarına uyğun olaraq həm mənəvi, həm də maddi dəstək göstərirlər. Hər il ən fəal valideyn və müəllimlər lisey həyatında fəal iştirakına görə mükafatlandırılırlar.

Liseyin VMA modeli Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən öyrənilmiş, bütün ölkənin məktəblərində fəaliyyət göstərilməsi tövsiyə оlunmuş və tətbiq edilmişdir.