Xeyriyyə fəaliyyətimiz

Liseydə hər il bir sıra xeyriyyə məqsədilə müxtəlif tədbirlər keçirilir. Onların bəziləri (Novruz bayramı ərəfəsində keçirilən xeyriyyə yarmarkası) 2005-ci ildən başlayaraq ənənəyə çevrilmişdir. Dəfələrlə siniflər tərəfindən əlamətdar bayram günlərində Saray qəsəbəsində yerləşən 7 nömrəli əqli zəif olan uşaqlara, Bakı Avropa liseyində yerləşən UAFA mərkəzinin fəaliyyətinə dəstək və bu Mərkəzdə məşğul olan xüsusi qayğıya ehtiyacı olan uşaqlara, Bilgəhdə yerləşən qocalar evinə, SOS kimsəsiz uşaqlara yardım və digər ehtiyacı olan sosial müəssisələrə və fərdi insanlara dəstək göstərilmişdir.  Ölkəmizin çətin anlarında şagirdlərimiz tərəfindən məcburi köçkün ailələrinə ərzaq və geyim yardımı, 44 günlük müharibə zamanı cəbhədə döyüşən əsgərlərə məktublar yazılmış, ən vacib əşyalarla əsgərlərimizə yardım-sovqat göndərilmiş,  Gəncə terrorunda zərər çəkmiş uşaqlara pay göndərilmişdir.

Eyni zamanda müxtəlif xeyriyyə layihələri həyata keşirilir. Məsələn, Liseyin İKT Masterləri xüsusi qayğıya ehtiyacı olan uşaqlara bir il müddətində təlimlər keçirmişdir. Liseyin xeyriyyəçilik ənənələri həmişə şagirdlər, müəllimlər və valideynlər tərəfindən müsbət qarşılanır.  Xeyriyyəçilik fəaliyyəti uşaqları daha mehriban, tolerant, empatik və insanların və cəmiyyətin problemlərinə həssas olmağa sövq edir, şagird şəxsiyyətinin yüksək mənəvi və mədəni dəyərlərin inkişafına köməklik edir.