“Gənc Erudit” klubu
“Gənc Erudit” klubu 2010-cu ildə Bakı Avropa liseyinin “Kiçik Elmlər Akademiyası” nın hazırlıq bölməsi kimi yaradılmışdır. Fənlərarası Təlim Proqramı çərçivəsində birinci sinifdən şagirdlərdə formalaşan tədqiqat bacarıqları və yüksək idraki fəallığı uşaqların daha erkən yaşlarından elmi fəaliyyətə qoşula bilmələrinə əsas verir. Ona görə də ibtidai məktəbdə “Gənc Erudit” klubunun yaradılması ideyası yarandı (ideya müəllifi FAT müəllimi Səbinə Bayramovadır).
Tədqiqat işlərini hazırlamış dördüncü sinif şagirdləri hər il “Gənc erudit” illik elmi konfransında öz tədqiqat nəticələrini Azərbaycanda ilk dəfə tətbiq olunan unikal “Peça-Kuça” formatında təqdim edirlər. Elmi işləri Bakı Avropa liseyinin “Kiçik Elmlər Akademiyası”nın üzvü olan müəllim və şagirdlərindən ibarət münsiflər heyəti qiymətləndirir. Bununla, Bakı Avropa liseyinin gənc eruditləri və gənc akademikləri arasında varislik təmin edilir.