Missiya və vəzifələr

Missiya

Bakı Avropa Liseyi istedadlı uşaqlar üçün yüksək keyfiyyətli və hərtərəfli təhsil təmin edən innovativ məktəbdir.  Lisey hər bir şagirdin fərdi potensialını reallaşdırmasına, təhsil nailiyyətlərinə, şəxsi inkişafına stimul yaradır, onları  gələcəyə hazırlayır və ömür boyu öyrənmək həvəsi aşılayır.

Vəzifələr

Lisey hər bir şagirdin mükəmməl intellekt və şəxsi keyfiyyətlər qazanmasını təmin edir. Onların həyat, karyera və dəyişən mühitə 21-ci əsrin tələblərinə uyğun şəkildə hazır olmalarına imkan verir.

  1. Bütün şagirdlərin yüksək nəticə göstərməsi üçün təhlükəsiz, hörmət və qayğıya əsaslanan əlverişli, ruhlandırıcı, stimullaşdırıcı və innovativ təhsil mühiti yaratmaqla  mükəmməlliyə nail olmaq. Bu mühit istedadlı uşaqların intellektual, yaradıcı və fərdi potensialının aşkarlanmasına, onların xüsusi qabiliyyət və bacarıqlarının inkişafına şərait yaratmalıdır.
  2. Liseyin təhsil mühiti şagirdləri erkən yaşlardan aşağıdakı imkanlarla təmin etməlidir:
  3. İKT bacarıqları, fərqli dil bilikləri və gələcəkdə tanınmış və uğurlu mütəxəssisə çevrilmək üçün lazımi metakoqnitiv və emosional intellekt bacarıqları daxil olmaqla 21-ci əsr bacarıqlarını inkişaf etdirmək.
  4. Azərbaycan və dünya ictimaiyyəti üçün iddialı, müvəffəqiyyətli, inamlı, tolerant şəxsiyyət yetişdirmək;
  5. Bacarıqlarını müxtəlif yollarla reallaşdırmaq və öz təhsil imkanlarını sinifdən kənarda genişləndirmək.
  6. Təhsil alanların cari və gələcək tələblərini özündə ehtiva edən, ən yüksək təhsil və etik standartlarına cavab verən, həmçinin şagirdlər, müəllimlər, valideynlər və ailələr arasındakı tərəfdaşlıq əlaqələri ilə dəstəklənən, multikultural və əməkdaşlığa əsaslanan məktəb birliyinin yaradılması;
  7. Həm yerli, həm də beynəlxalq səviyyədə şagirdlərin akademik naliyyətlərinin yaxşılaşdırılması;
  8. Şagirdlərin 21-ci əsrdə həyata hazırlanması məqsədilə təlim və tədrisdə  innovasiyaların yaradılması, tətbiqi və mübadiləsi yolu ilə təhsildə liderliyin təmin edilməsi;

Liseyin fəlsəfəsi və əsas dəyərlər

Bizim davamlı müvəffəqiyyətimiz bu dəyərlərə sadiq qalmağı tələb edir!

  1. Hörmət və Müsbət Yanaşma : Biz öz şagirdlərimizə, müəllimlərə və valideynlərə, eləcə də konstruktiv qarşlıqlı əlaqələrə hörmətlə yanaşırıq.
1.     Ünsiyyət

2.      Birgə əməkdaşlıq və komandada iş

3.      Digərlərinə hörmət

4.      Özünə hörmət

  • Hər bir şagird əlverişli və stimullaşdırıcı təhsil mühitində ən yüksək potensialına çatır və cəmiyyətdə qarşılıqlı hörmət və etimad əsasında münasibət qurur.
  • Hər bir şagird təhlükəsiz və qayğıkeş mühitdə özünə inamı inkişaf etdirir.
  1. İmkanlar və Müxtəliflik: Biz hər bir şagirdin öz potensialına ən yüksək səviyyədə çatması, unikal bacarıqları və istedadını inkişaf etdirməsi üçün informasiya, texnoloji, mədəni və sosial- emosional imkanlar təqdim edirik.
1.     Emosional intellekt

2.     İKT bacarıqları

3.     Mədəniyyət qabiliyyəti 

4.     Qeyri-müəyyənlik və müxtəlifliyin öhdəsindən gəlmək bacarığı

 

  • Hər bir şagird öz tədrisini müxtəlif yollarla fərdiləşdirə bilər.
  • Hər bir şagird unikaldır və dəyərlidir.
  1. Yaradıcılıq və İnnovasiyalar: Biz yaradıcılığı və yenilikləri alqışlayırıq, həmçinin şagird və müəllimlərin öz potensiallarını tam reallaşdırmasını və müxtəlif istiqamətlərdə cəmiyyətə töhfə vermələrini dəstəkləyirik və stimullaşdırırıq.
1.     Tədqiqat bacarıqları

2.     Tənqidi və yaradıcı düşüncə

3.     Problemləri həll etmək bacarığı

4.     Çeviklik

  • Hər bir şagird təhsil alan və istedadlı bir fərd kimi potensialını reallaşdırmaq üçün həvəsləndirilir və onun qarşısına vəzifələr qoyulur.
  • Hər bir şagird cəmiyyətin inkişafına öz fərdi töhfəsini verə bilər.
  1. Nailiyyətlər və Kamillik: Biz daha yaxşı nəticələr əldə etmək üçün davamlı mükəmməlliyə can atırıq. Biz hər bir şagirdi və müəllimi şəxsi kamilliyə səy göstərməyə təşviq edirik.
1.     Təlimə və kamilliyə can atmaq

2.     Öyrənmək bacarığı, biliklərin mənimsənilməsi

3.     Məsuliyyət və vətəndaşlıq

4.     Liderlik

  • Hər bir şagird tam potensialını reallaşdırmaq və kamilliyə çatmaq iqtidarındadır.
  • Hər bir şagird Azərbaycan vətəndaşı və dünya ictimaiyyətinin üzvü kimi öz rolu və vəzifələrini dərk edə bilər.