Qəbul prinsipləri

            BAKI  AVROPA  LİSEYİNİN  BİRİNCİ  SİNFİNƏ  QƏBUL  OLAN

UŞAQLARIN PSİXOLOJİ MÜAYİNƏSİNƏ DAİR PROQRAM TƏLƏBLƏR.

Bu sənəd Bakı Avropa Liseyinə elmi-metodiki rəhbərlik edən “İnkişaf” REPM-in tövsiyələrinə uyğun olaraq Bakı Avropa Liseyində uşaqların psixoloji müayinəsi qaydaları və tələblərini tənzimləyir.. Proqram Azərbaycan Respublikasının Konstitutsiyasına, Azərbaycan Respublikasının Təhsil haqqında qanununa, Bakı Avropa Liseyinin Nizamnaməsinə, Psixoloq kodeksinə, Uşaq hüquqları haqqında Konvensiyaya, psixoloji müayinəyə dair ümumi tələblərə müvafiq tərtib edilib.

Birinci siniflərə qəbul olunan şagirdlərin psixoloji seçimi Liseyin Nizamnaməsində öz əksini tapmış Bakı Avropa Liseyinin «istedadlı uşaq» təlim modelinin xüsusiyyətləri və tələbləri ilə əlaqədar aparılır.

  1. Müayinənin məqsədi – psixoloji müayinə keçirilən anda (vaxtda) aşağıda göstərilən meyarlara uyğun olan uşaqların seçilməsidir:
    • İntellektual göstəriciləri normadan yüksək olan
    • Yüksək yaradıcı göstəriciləri olan
    • Ümumi inkişaf səviyyəsi orta statistik normadan yüksək olan
    • Şəxsi və emosional iradi yetkinliyi sferasında yüksək göstəriciləri olan
    • Yaxşı inkişaf etmiş nitqə və geniş leksik ehtiyata malik olan

Uşaqların qeyd olunan meyarlara uyğun olmaları «istedadlı uşaq» və fənlərarası təlim proqramı ilə təlim almaq üçün çox vacibdir. Bu meyarlara uyğun olan psixoloji müayinənin göstəriciləri  «İnkişaf» REPM-in müəyyən etdiyi müsabiqə seçiminin normalarının əsasını təşkil edir.

  1. Azərbaycan Respublikasının Təhsil haqqında qanununa əsasən təlim ilinin əvvəlində 6 yaşı olacaq və ya artıq tamam olmuş uşaqlar müayinədən keçirilə bilər
  2. İstisna hallarda, Təhsil Nazirliyi tərəfindən müayinəsinə icazə verilmiş tədris ilinin əvvəlinə 6 yaşı tamam olmamış uşaqlar psixoloji müayinədə iştirak edə bilər. Bu halda 6 yaşlı uşaqlarla birlikdə testləşmədə iştirak üçün onların məktəbə hazırlıq səviyyələrinin psixoloji müayinəsi keçirilir
  3. Müayinədən əvvəl valideynlər liseyin qaydalarına uyğun olaraq müsabiqədə iştirak etməyə dair ərizə ilə müdiriyyətə müraciət edirlər
  4. Valideynlərə kömək məqsədi ilə Liseyin tələblərinə uyğun olaraq məktəbəqədər yaşlı uşaqların inkişafı ilə bağlı psixoloji məsləhətlər və həmçinin Bakı Avropa Liseyinin qəbul qaydaları haqqında Nizamnamədən çıxarış Liseyin girişində asılmalıdır.
  5. Birinci siniflərə qəbul müsabiqəsində iştirak etmək istəyənlərin qeydiyyatı 4 ay əvvəl aparılır. Qeydiyyatda «İnkişaf » REPM-in əməkdaşları və ya məktəbin psixoloqu iştirak etməlidir. Valideynlərə və ya onları əvəz edən şəxslərə psixoloji seçimin keçirilməsini şərtləndirən təlim modelinin xüsusiyyətlərinə dair izahatlar verilir.
  6. Yuxarıda göstərilən məqsədlərə uyğun olaraq psixoloji müayinə 2 mərhələdə aparılır.
    • I mərhələdə uşaqların qeyri-verbal intellektinin xüsusiyyətləri, şəxsiyyətin bir sıra xüsusiyyətləri. Ümumi inkişaf səviyyəsi müəyyən edilir.
    • P mərhələdə uşaqların verbal intellektlərinin xüsusiyyətləri və həmçinin nitqinin inkişafı, leksik ehtiyatı, yaradıcı potensialı, emosional-iradi sferanın xüsusiyyətləri, şəxsi yetkinlik səviyyəsi müəyyən edilir.
  7. I mərhələdə Beynəlxalq təcrübədə istifadə olunan və Azərbaycanın şəraitinə

uyğunlaşdırılmış yuxarı məktəbəqədər yaş dövründə olan istedadlı uşaqlar üçün

nəzərdə tutulmuş qeyri-verbal təfəkkürə aid professional testlər və ya «İnkişaf»

REPM-də işlənib hazırlanan, təcrübədən, validizasiyadan keçirilmiş və təsdiq

edilmiş analoji testlərdən istifadə olunur. Müayinə zamanı, həmçinin ümumi

inkişaf və ixtiyari idrak proseslərin inkişaf səviyyəsini ölçən qrafik testlərdən

istifadə olunur.

P mərhələdə beynəlxalq təcrübədə istifadə olunan və «İnkişaf» REPM-də

Azərbaycanın şəraitinə uyğunlaşdırılmış yaradıcı potensialı müəyyən edən qeyri-

verbal test və verbal intellekti, nitqi, emosional-iradi sferanı və uşağın şəxsi

xüsusiyyətlərini müəyyən edən kompleks metodikalardan istifadə olunur.

  1. Müsabiqədə seçimin keçirilməsinə dair qaydalar.
    • «İnkişaf» REPM-in müəyyən etdiyi normativlərə uyğun olan yüksək test göstəriciləri ilə I mərhələdə müayinəni keçən uşaqlar P mərhələdə iştirak edirlər.
    • P mərhələdə müəyyən edilmiş sayda yerlərə yuxarıda göstərilən meyarlara əsaslanaraq «İnkişaf» REPM-inin müəyyənləşdirdiyi normativlərə uyğun olan və seçim üzrə ən yüksək bal toplayan uşaqlar arasında müsabiqə keçirilir.
  2. Psixoloji testlər Avropa liseyinin  psixoloqunun iştirakı ilə «İnkişaf» REPM-in psixoloqları tərəfindən keçirilir. Bəzi hallarda (nadir hallarda) Azərbaycan Psixoloqları Assosiasiyasından dəvət olunmuş psixoloqların iştirakı mümkündür.
  3. Psixoloqların səriştə və məhviliyə  dair ümumi tələblər:
    • müayinəni keçirən və onun nəticələrini təhlil edən psixoloqlar REPM-in təcrübəli əməkdaşları tərəfindən həyata keçirilən metodikaların işlədilməsinə dair müvafiq professional hazırlığa malik olmalıdırlar.
    • Uşağın maraqlarını nəzərə alaraq, testin keçirilmçsi zamanı səmərəli iş mühitinin yaradılması, uşaqda arzuolunmaz affektasiya hallarının aradan götürülməsi vacibdir.
    • Valideynlərin və digər böyüklərin testdə iştiraklarının uşaqların davranışına və fəaliyyətinə təsir edə biləcəyinə , həmçinin psixodiaqnostikaya dair ümumi tələbləri nəzərə alaraq valideyn və digər şəxslər testdə iştirak etməməlidir.
    • Uşağın marağı daxilində uşağın valideyni olmayan şəxslərə və ya onları əvəz edən olmadıqda, hər hansı bir uşağın işinin nümayiş olunması qadağandır.
    • Uşağın maraqlarına zidd olan və qeyri-revelant məqsədlər üçün uşaq haqqında məxfi məlumatı istifadə etmək qadağandır
    • Bakı Avropa Liseyinə uşaqların seçim proqramına daxil olan testlər «İnkişaf» REPM-də işlənib hazırlanıb. Bu səbəbdən onlar «İnkişaf» REPM-in intellektual mülkiyyətidir və testdə iştirak etmək hüququ olmayan şəxslərə bu metodikanın nümayiş etdirilməsi qadağandır. Həmin testlərin məzmunu və ya açarı haqqında məlumatın yayılması halları olduqda psixoloji tədqiqatda onların istifadəsi mümkün deyil. Bu halda psixodiaqnostikaya və psixoloji test materiallarına dair ümumi tələblərə uyğun olaraq onlar test aləti kimi ləğv edilməlidir. Metodikalara dair məlumatı yayan şəxslərə qarşı Azərbaycan Respublikasının qanunu ilə müəyyən olunmuş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı məhkəmə iddiası irəli sürülür.
  1. Hal-hazırki proqram hər 2 ildən bir «İnkişaf» REPM-də yenidən baxılır.